"Sevgilimin fotosessiyadan xəbəri var idi"
"ARB Ulduz”un "Şou-məkan” proqramının növbəti qonağı azərbaycanlı model Nərgiz İsayeva olub.
Yeni görüntüləri ilə yay gəlməmiş insanları yandırıb yaxan, baxanların canında can qoymuyan cazibədar model maraqlı açıqlamaları ilə diqqət çəkib.
Model ilk olaraq ona qarşı münasibətin dəyişdiyini bildirib:
"Bu fotosessiyadan sonra məni daha çox insan tanıdı. Onlarla qarşılaşanda insanlar öz müsbət reaksiyalarını göstərirlər. Əslində bu fotosessiya çox çətin oldu. Amma mən bilirdim ki, bu iş uğurlu alınacaq və partlayış yaradacaq”.
Uşaqlıqdan model olmağa can atan Nərgiz, bu gün açıq-saçıq pozları ilə o qədər cəsarətli addımlar atır ki, fotosessiyada sərhədləri darmadağın edir:
"Heç bir modelə pərəstiş etməmişəm. Uşaqlıqdan istəyirdim ki, model olum. Nəhayət ki, hər şey alındı və indi mən model kimi çalışıram. Bu iş mənim üçün başlanğıc idi və mən başqa ölkələrdə modelliyə davam etmək istəyirəm”.
Cazibədar model, etdiyi fotosessiyalara görə ailəsinin ona sərhədlər cızmadığını, hətta mane olsalar belə öz bildiyini edəcəyini deyib:
"Evdəkilər də, sevgilim də fotosessiyadan xəbərdar idi. Anam hər çəkilişdə mənim yanımdadır. Ailəm bilir ki, mənə etmə desələr, bunu onlara rəğmən edəcəm. Ona görə heç kim heç nə demədi”.
Özünə tam arxayın olub, necə deyərlər, yelkənləri qaldıran, yaxıb-yıxmağa həvəsli olan model Nərgiz İsayeva sonda rəqiblərinə ismarış göndərməyi də unutmayıb:
"Bilirəm ki, məndən əvvəl də belə çəkilişlər olub. Soyunanlar olub. Ancaq bilirdim ki, mənim çəkilişim partlayış yaradacaq. Ona görə də çəkildim. Bundan sonra nə qədər soyunsanız da, ilk addımı mən atdım və hər zaman sizdən öndə olacam”.
Qeyd edək ki, "ARB Ulduz" kanalını Azərspace 1 peykində 11024 tezliyində, polyarizasiya: (V), FEC 5:6, symbol rate: 12698 izləyə bilərsiniz.
Ana səhifə
/
ŞOU-BİZNES / Açıq-saçıq fotoları ilə yandırıb-yaxan model: “Nə qədər soyunsanız da, mən sizdən öndə olacam” – VİDEO – FOTO
RƏYLƏR
DİGƏR XƏBƏRLƏR
-
Arzu Rzayev qəfil ürəktutmasından dünyasını dəyişdi – FOTO
29.11.2023, 11:15 / HADİSƏ, ŞOU-BİZNES -
Tanınmış aparıcı, müənni Naid Şadxan bütün əyləncəli proqramlarını ləğv etdi
20.09.2023, 11:58 / GÜNDƏM, Özəl, ŞOU-BİZNES -
"Xəzər Tv"nin dirilmə çırpıntıları: kanal kimləri geri qaytarır?
08.08.2023, 22:33 / Özəl, ŞOU-BİZNES -
Niyamın işlətdiyi "My beach"lə bağlı daha bir şikayət - Foto
14.07.2023, 09:41 / ŞOU-BİZNES -
Sevgilisi azərbaycanlı modeli döydü: “Məni bununla şantaj edirdi” – Fotolar
31.05.2023, 11:15 / HADİSƏ, ŞOU-BİZNES -
Müğənni Rəqsanəni “qanuni oğru”larla nə bağlayıb… – FOTO
26.05.2023, 10:14 / ŞOU-BİZNES -
Yağış altında rəqsi ilə diqqət çəkən müğənni kimdir? - Video
25.05.2023, 17:14 / Özəl, ŞOU-BİZNES, SOSİAL -
Tanınmış müğənni reyddə saxlanıldı - Narkotikin təsiri altında maşın sürüb
08.04.2023, 10:20 / HADİSƏ, ŞOU-BİZNES