“Ay vicdansızlar, beləsini necə tərifləmək, mədh etmək olar?!” – Deputat od püskürdü...

OXUNUB: 826 GÜNDƏM Özəl SİYASƏT
"Ay binamuslar, ay vicdansızlar, indi də Harri Kasparovamı möhtac qaldınız? İndi də ondanmı mədəd umdunuz? Məgər bilmirsinizmi ki, bu adam qatı ermənipərəstdir və həm 1-ci, həm də 2-ci Vətən Müharibəsində var gücü ilə düşmənə maddi, mənəvi dəstək verib?” – 7NEWS.AZ xəbər verir ki, bu fikirləri Demokratik Maarifçilik Partiyasının sədri, Milli Məclisin deputatı Elşən Musayev "Azadlıq” qəzetinin feysbuk səhifəsində Harri Kasparovun mədh edilməsinə münasibət bildirərkən söyləyib.

"Yazıblar, "Rusiya müxalifətinin görkəmli siması”. Nə siması, hansı siması olursa olsun. Bizə burası maraqlı deyil. Bizim bildiyimiz və gün kimi aydın olan məqam odur ki, bir daha deyirəm: Harri Kasparov qatı ermənipərəstdir, düşmən ocağına odun atan, birmənalı şəkildə Azərbaycana və azərbaycanlılara nifrət edən biridir. Beləsini necə tərifləmək olar? Beləsinin adını xoş məramla, bəh-bəhlə necə manşetə daşımaq olar?

Əsas motiv isə Qubaddır. Daha dəqiqi, guya onun müdafiəsi. Üstəlik, Kasparovun qısa açıqlamasından görünən budur ki, Harri nə Qubadla tanışdır, nə də onun fəaliyyəti ilə. Sadəcə müraciət ediblər, bu da dilxoşluğa cavab verib və əlinə fürsət düşmüşkən yenə Azərbaycan haqda mənfi fikirlər söyləməyə çalışıb.

Bax budur, bizim radikalların mahiyyəti. Budur, Əli Kərimlinin, Qənimətin, digər qaraguruh ünsürlərin xisləti, məsələlərə yanaşması, siyasi fəaliyyəti. Utanıb yerə girin. Rəzil gədələr! – deyə Partiya sədri fikirlərinə davam edib.
 
 
 
 
 

RƏYLƏR