Azərbaycan ərazisində olan bütün erməni terrorçuları məhv ediləcək

OXUNUB: 369 Özəl GÜNDƏM

Xəbər verdiyimiz kimi 26 avqust 2022-ci il tarixdə Laçın şəhərində Azərbaycanın Dövlət Bayrağı ucaldılıb. Bununla bağlı ordu korpusunun komandiri, general-mayor Kənan Seyidov Azərbaycan Ordusunun Laçın şəhərində yerləşməsi ilə bağlı Silahlı Qüvvələrin Ali Baş Komandanı, Prezident İlham Əliyevə məruzə edib. Məruzədə deyilir: "Möhtərəm Prezident! Cənab Müzəffər Ali Baş Komandan! Əmrinizə əsasən, Azərbaycan Ordusu Laçın şəhərini, Zabux və Sus yaşayış məntəqələrini tam nəzarətə götürdü. Laçın şəhərinin mərkəzində Azərbaycanın Dövlət Bayrağı dalğalanır. Yaşasın Azərbaycan! Yaşasın Müzəffər Ali Baş Komandan! Qarabağ Azərbaycandır!"


Tarixi hadisə ilə bağlı 7NEWS.az-a danışan Millət vəkili İlham Məmmədov ermənilərin bütün təxribatlarına son qoyulacağını dedi: "Tarix göstərir ki, xalqımız qədim mədəniyyətə, milli dəyərlərə və dövlətçilik ənənələrinə malikdir. Dövlətçilik tariximizdə uğurlu müharibələr apararaq həmrəy xalq olduğumuzu, vətənimizin bütövlüyü uğrunda son nəfəsimimizə qədər döyüşə biləcəyimizi göstərmişik. Biz bunu XXI əsrdə apardığımız II Qarabağ müharibəsi zamanı bütün dünyaya sübut etdik. 44 günlük vətən müharibəsində Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan ordusu 30 illik işğala son qoydu və mənfur düşmənlərimizdən qisasımız alındı. 2020-ci ilin 10 noyabr tarixində Ermənistan kapitulyasiya aktına imza atmağa məcbur edildi. Artıq Müharibənin bitməsindən iki ilə yaxın müddət keçib. Bu dövr ərzində müqaviləyə əsasən həm Azərbaycan həm də Ermənistan tərəfindən müxtəlif addımlar atılıb. Ancaq düşmən tərəf revanş hissi ilə yaşayaraq bəzən terrora və təxribatlara əl atır. Son olaraq Avqust ayının əvvəlində Ermənistan yenidən təxribata əl atdı. Buna cavab olaraq 3 avqust 2022-ci ildə Azərbaycan Silahlı Qüvvələri tərəfindən Qarabağda qanunsuz erməni silahlı qüvvələrinə qarşı "Qisas Əməliyyatı" həyata keçirildi.

Əməliyyat nəticəsində qeyri-qanuni erməni silahlı dəstələrinin Kəlbəcər və Laçın rayonlarının ərazisini əhatə edən dağ silsiləsində yerləşən Qırxqız yüksəkliyini ələ keçirmək və orada yeni döyüş mövqelərini qurmağa cəhd göstərməsinin qarşısı alınıb. Qırxqız yüksəkliyi, həmçinin Kiçik Qafqaz dağ silsiləsinin Qarabağ silsiləsi boyu Sarıbaba və bir sıra digər əhəmiyyətli hakim yüksəkliklər Azərbaycan bölmələri tərəfindən nəzarətə götürülüb. Əməliyyat çərçivəsində qeyri-qanuni erməni silahlı qüvvələrinin bir neçə döyüş mövqeyi dağıdılıb, keçmiş Ağdərə rayonunun, indiki Kəlbəcər rayonunun ərazisindəki Yuxarı Oratağ yaşayış məntəqəsindəki hərbi hissəyə havadan zərbə endirilib. Nəticədə, qanunsuz erməni silahlılarının canlı qüvvəsi məhv edilib və yaralanıb, həmçinin bir neçə D-30 haubitsası, hərbi nəqliyyat vasitələri və çoxlu sayda döyüş sursatları məhv edilib. Bu gün 26 avqust tarixində möhtərəm cənab prezident İlham Əliyev öz rəsmi Twitter hesabında Azərbaycan Ordusunun Laçın şəhərində yerləşdiyini, Zabux və Sus kəndlərinin nəzarətə götürüldüyünü bəyan etdi. Artıq müqəddəs bayrağımız Laçında dalğalanır. Bu münasibətlə bütün Azərbaycan xalqını ürəkdən təbrik edirəm. Bizə ancaq qələbə yaraşır! Yaşasın Laçın! Yaşasın Azərbaycan!


Daha sonra tarixi hadisə ilə bağlı 7NEWS.az-a danışan Millət vəkili Sahib Alıyev bundan sonra da erməni terrorçularının təmizlənməsi prosesinin davam edəcəyini deyib: "Şəhidlərimizin ailə üzvlərinə öz doğması kimi yanaşan, qazilərimizə "Siz mənim qardaşımsınız" deyən və onlardan diqqətini, qayğısını əsirgəməyən Birinci vitse-prezidentimizin doğum günüdür. Onun doğum günü ərəfəsində Şərqi Zəngəzurun yerdə qalan hissəsinin də hərbi cinayət törədərək ora yerləşdirilənlərdən təmizlənməsində mən rəmzlik görürəm. Yəqin hörmətli Mehriban xanım yaxın günlərdə Müzəffər Ali Baş Komandanımızla birgə yenə də əynində hərbi geyim Laçına gedəcək.

Yeri gəlmişkən, onun işğaldan azad olunan torpalqarımıza hərbi paltar geyib getməsi elə-belə deyil. Heç şübhəsiz ki, bununla oraların azad edilməsində canlarından keçən və keçməyə hazır olan hərbiçilərimizə sayğı sərgilənir. Eyni zamanda belə baxanda həmən torpaqlara hərbi geyimdə cənab İlham Əliyevlə yan-yana ilk növbədə kim getməlidir? Əlbəttə ki, ikinci Qarabağ savaşında Prezidentimizin ən sədaqətli dəstəkçisi kimi çıxış edən, hansı risklərə getdiyini hamıdan yaxşı bilən, onu bölüşməyə fədakarcasına hazır olan, torpaqlarımızın azadlığı uğrunda savaşın dinlərarası qarşıdurma kimi təqdiminin qarşısının alınmasında zərif diplomatiyasıyla da müstəsna rol oynayan Birinci Xanım.

Bir sözlə, hörmətli Mehriban xanımın şəhidlərizimin ailə üzvlərinə öz doğması kimi yanaşması, qazilərimizə "Siz mənim qardaşımsınız" deməsi təkcə vəzifə borucundan irəli gələn davranış, yaxud da gəlişi gözəl söz deyil. Tarixin 200 illik gərdişinin dəyişməsində, daha dəqiqi dəyişdirilməsində Ali Baş Komandanımızın rəhbərliyi altında o da şəhid və qazilərimizlə eyni yola çıxmış, eyni taleni yaşamağa hazır olmuş dövlət xadimidir.

Ona görə də bu gün Birinci vitse-prezidentimizi xalqını və dövlətini sevən hər bir Azərbaycan vətəndaşı kimi mən də ürəkdən təbrik edir, sağlam ömür, növbəti doğum günü ərəfəsində Qərbi Zəngəzurla bağlı da xoş xəbərlər eşitməyimizi arzulayıram! Əminəm ki, Mehriban xanım özü bunu kökü o torpaqlara bağlı olanlardan da çox istəyir, ona çalışır və istəyimizə çatacağıq da!”

Mənsur Mustafayev

Material Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanmışdır. İstiqamətin kodu 6.3.8

 

 

RƏYLƏR