Bakıdakı tanınmış restoran şəbəkəsinin sahibi İntiqam Talıbovun oğlu ağır qəza törətdi – VİDEO

OXUNUB: 1470 Özəl HADİSƏ

İnterpress.az xəbər verir ki, sosial şəbəkələrdə və bəzi internet KİV-lərində "Azneft” dairəsində baş verən ağır yol hadisəsinin foto və videoları paylaşılıb. Ölkə.az-ın verdiyi məlumata görə, sözügedən ərazidə 44 BB 555 nömrəli "Galendewagen” avtomobili piyadanı vurub. Şahidlərinin məlumatına görə, xəsarət alan şəxs ağır yaralanıb. Hadisə yeri təcili tibbi yardım çağırılıb. İlkin məlumata görə, "Galendewagen” idarə edən sürücü qadın olub. Piyada isə "Wolt”un əməkdaşıdır.

Qəzanı törədən avtomobilin kimə məxsusluğu məlub olub. Aparılan araşdırmalardan sonra müəyyən etdik ki, Masallı rayonuna aid dövlət nömrə nişanı ilə idarə olunan avtomobil Rəşad Talıbov adlı şəxsə məxsusdur. Rəşad Talıbov Bakıdakı tanınmış restoranlar şəbəkələrindən birinin sahibi olan İntiqam Talıbovun oğludur. Hadisə zamanı Rəşad Talıbovun özünün də orda olduğu bildirilir. Hadisənin təfərrüatı, xüsusilə də avtomobilin kim tərəfindən idarə olunması ilə bağlı araşdırmalarımız davam edir.Qeyd edək ki, sözügedən avtomobilin məhz Rəşad Talıbov tərəfindən indiyə qədər idarə olunduğunu sübut edən kifayət qədər sosial şəbəkə paylaşımı mövcuddur. Həmin fotolardan birini təqdim edirik. (Azinforum.az)

<iframe title="" name="fitvid1" frameborder="0" allowfullscreen="allowfullscreen" data-mce-fragment="1" style="box-sizing: border-box; width: 605px;"></iframe>

RƏYLƏR