Bakının Binəqədi rayonunda, "Milyonerlər məhəlləsi” kimi tanınan ərazidə yanğın baş verib.
Yanğın metronun "Nəsimi” stansiyasının yaxınlığında yerləşən köhnə fabrik ərazisində qeydə alınıb. Hadisə yerindən tüstü və alovun yüksəldiyi müşahidə olunub.
Hazırda Fövqəladə Hallar Nazirliyinin əməkdaşları ərazidə yanğının söndürülməsi istiqamətində tədbirlər həyata keçirirlər.
Yanğının səbəbi və nəticələri barədə hələlik əlavə məlumat verilməyib.
7news.az






















