ABŞ prezidenti Co Bayden 2024-cü ildə keçiriləcək prezident seçkilərində iştirak etməyi planlaşdırdığını bildirib.
7NEWS.az xəbər verir ki, Bayden Ağ Evdə keçirilən Pasxa proqramı çərçivəsində qonaq olduğu NBC News-da danışıb. 2024-cü ildə keçiriləcək prezident seçkilərində iştirak edib-etməyəcəyi ilə bağlı suala Bayden "Mən namizədliyimi irəli sürməyi planlaşdırıram, lakin hələlik bunu elan etməyə hazır deyilik” cavabını verib.
7NEWS.az