BİABIRÇILIQ: Goranboy icra başçısından Ulu Öndərə hörmətsizlik - FOTOFAKT

OXUNUB: 3143 GÜNDƏM TƏHLİL
Aprelin əvvəlindəki 4 günlük qarşıdurmada ağır yaralanaraq bu günədək komada olan "Rembo" ləqbəli tankçımız Razi Cavadovun atası Vidadi kişinin bir neçə gün öncə Goranboyun icra hakimiyyətinin başçısı Nizaməddin Quliyev haqqında ittihamı rayonda ciddi rezonans doğurmuşdu. Görünür, elə bu səbəbdən rayondakı oxucularımızdan biri daha bir xoşagəlməz mənzərəni əks etdirən görüntünü aşağıdakı yazı ilə moderator.az-a göndərib:

"Goranboy RİH - nin Şəhid və yaralı əsgərimizin ailəsinə olan diqqətsizliyinin qınanılmasını tam dəstəkləyirəm. RİH- başçısı haqqında, ümumiyyətlə bütün rayon sakinləri mənfi fikirdədirlər. Bir sözlə, rayon sakinləri RİH Aparatındakı hərc - mərclikdən artıq cana doyublar. Mən özüm bunun dəfələrlə şahidi olmuşam. Mən təsadüfən rayon Mərkəzi Parkında ulu öndərin plakatı qarşısındakı bir xoşagəlməz mənzərənin şahidi olmuşam və həmin görüntünü telefonla çəkib sizə göndərirəm. Məsləhət bilsəniz işıqlandırarsınız".

RƏYLƏR