Biləsuvarda qaçıb gizlənən məmur kimdir? – İDDİA

OXUNUB: 167 Özəl HADİSƏ

…Biləsuvar rayon icra Hakimiyyətinin başçısı Mahir Quluyevin pul kəsən maşını kimi tanınan Maliyyə idarəsinin rəisi Eldar Təhməzov nə üçün məsuliyyətdən kənarda qalıb?

Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) xüsusi təyinatlı dəstələrinin Biləsuvar rayonu İcra Hakimiyyətinin binasında keçirdiyi xüsusi əməliyyat nəticəsində icra başçısı və bir neçə müavini saxlanılıb. Əməliyyat karantin rejimi ilə əlaqədar əhaliyə yönəlmiş dövlət dəstəyinin, yardımların mənimsənilməsi ilə bağlı keçirilib. Bununla bağlı çoxsaylı, əsaslı şikayətlər olub. Əməliyyat zamanı icra başçısı Mahir Quliyevlə yanaşı, birinci müavin, rayonun bələdiyyə sədri, mərkəzi xəstəxananın baş həkimi, MİS sədri və başqa bir neçə nəfər saxlanılsa da təssüflər olsun ki, Biləsuvar maliyyə şöbəsinin rəisi və İcra başçısı Mahir Quluyevin pul kəsən maşını kimi tanınan Eldar Təhməzov nədənsə məsuliyyətdən kənarda qalıb.

Özünü Biləsuvar RİH-nin işçisi kimi təqdim edən R.S (şərtidir) tərəfindən "Təzadlar”ın redaksiyasına göndərilən məktubda bildirilir ki, Eldar Təhməzov əvəllər Cəlilabad rayonun vergi idarəsində işləyibmiş. İş fəaliyyətində ciddi qanun pozuntularına yol verdiyi üçün tutduğu vəzifəsidən kənarlaşdırılmışdır. Yuxarıda əyləşən havadarlarının vasitəsi ilə Cəlilabad rayonun Maliyyə Şöbəsinin rəisi təyin edilmiş, sonradan isə Ekalogiya və Təbi Sərvətlər Nazirliyində maliyyə idarəsi işlər üzrə müavin işləmişdir. Hazırki iş yeri isə həbs edilmiş Biləsuvar rayon icra hakimiyyətinin rəhbərliyi altında rayon maliyyə şöbəsinin rəisi vəzifəsini icra edir.

Əldə etdiyimiz məlumata görə Biləsuvar rayon İcra başçısı Mahir Quluyev və onu bir qrup cinayətkar komandası həbs edilsə də Eldar Təhməzov məsuliyyətdən kənarda qalmışdır. Hətta həmin vaxtdan onu işdə görən yoxdur. Söz- söhbət gəzir ki, Eldar Təhməzov qaçıb gizlənib.
Rayon İH-nə ötən günlərdə dəfələrlə zəng edilsə də hələki cavab verən yoxdur.
Əlavə məlumat veriləcək. //tezadlar.az//

7News.Az

RƏYLƏR