" "Bazarstore"a müraciət edirəm... Camaatı niyə aldadırsınız? Reklam mətninizdə guya bayrama görə, 4.89 manata "Səba bud" təklif edirsiniz, amma konkret olaraq Əhmədli filialında eyni qiymətdir..."
Digər müştəri Zəka Mehdiyev isə etirazını belə ifadə edir:
" "Bazarstore"da banan guya endirimdədi. Şərtlərə baxın: 25 manat üzəri alış-veriş etməlisən və "endirim" 2 kiloqrama qədər tətbiq olunur. Endirim böyük ölçüdə, şərtlər çox kiçik ölçüdə yazılıb ki, heç kim oxuya bilməsin.
Kassada hesablayanda bu anormal qaydalardan xəbər tutursan. Bu açıq-aşkar vətəndaşları aldatmaqdır..."
***
DAVAMI VAR...