Azərbaycan millisi Bakıda keçirilən IV İslam Həmrəyliyi Oyunlarının 9-cu gününü paraatletikada iki medalla başlayıb.
Uzunluğa tullanmada Elçin Muradov 5,76 m nəticə ilə qızıl medal qazanıb.
Zeyniddin Bilalov isə bürünclə kifayətlənib. Gümüş medala isə indoneziyalı Abdul Dalimente sahib çıxıb – 5,28 m.
Qeyd edək ki, Muradovun medalı yığmamızın İslamiadada 64-cü qızılıdır.
İcmal.Az