“Əli Kərimlinin missiyası riyakarlıq, nadanlıq və anti-milli fəaliyyətdir” – Elşən Musayev

OXUNUB: 415 Özəl GÜNDƏM SİYASƏT
"AXCP sədri Əli Kərimli və ətrafındakı qaraguruh 30 il ərzində heç dəyişməyib. Eyni xislət, eyni xarakter, eyni siyasət, eyni yanaşma. Düzəlmirlər bunlar. Daha dəqiqi, düzəlmək istəmirlər. Elə ayın 30-na təyin elədikləri mənasız və lüzumsuz aksiya da həmin beyinin məhsuludur. Bunlar ancaq ara qarışdırmaq, səs-küy salmaq, dəxilsiz aksiyalar keçirmək, insanları küçələrə səsləmək işinə baxırlar. Başqa heç nə. Masada oturub söhbət, müzakirə aparmaq, dialoqda iştirak etmək, normal, sivil qaydada nəyisə söyləmək bunlarlıq deyil. Sanki orta əsrlərdə yaşayırlar. Lələyi başlarına taxıb, baltanı əllərinə götürüb gəlirlər.” – 7NEWS.az xəbər verir ki, bu fikirləri Azərbaycan Demokratik Maarifçilik Partiyasının sədri, Milli Məclisin deputatı Elşən Musayev bildirib.

"Siyasi partiyalar haqqında” yeni qanun layihəsi ilə bağlı ayın 28-də ilk dinləmə keçirilməli idi. Sonra tədbir təxirə salındı. Çünki təkliflər gəlməkdə davam edir və ona görə də nəzərə alındı ki, qanun layihəsində bütün fikirlərin əhatə olunması üçün proses bir az da uzadılsın. Yəni, hələ heç ilkin müzakirə belə olmayıb. Amma AXCP artıq indidən özünə əl qatıb. Qanunu mürtəce adlandırır. Mitinq, aksiya təyin edir. Öz mənasız yöntəmləri, üsulları ilə aranı qarışdırmağa cəhd edir. Səbəb nədir? Məram nədir? Bilirsinizmi nədir? Çünki Əli Kərimliyə hamilərindən gələn təlimat budur. Xüsusən də indiki həssas məqamda bu anti-milli ünsürə tapşırıq verilib ki, neynirsən elə, narahatlıq yarat, səs-küy sal. Yəni, məsələ qanun məsələsi deyil, məsələ Əli Kərimlinin üzərinə götürdüyü nadanlıq missiyasıdır, anti-milli missiyadır, riyakarlıq missiyasıdır, Azərbaycanı sevməyən qüvvələrin əlinə oynamaq missiyasıdır.

Heç şübhə etmirəm ki, Azərbaycanın hüquq-mühafizə orqanları bütün qanunsuz, icazəsiz aksiyaların qarşısını alacaq.” – deyə Partiya sədri fikirlərinə davam edib.

RƏYLƏR