“Əli Kərimlinin yazdığı status da özü qədər rəzildir” – Elşən Musayev

OXUNUB: 601 Özəl GÜNDƏM SİYASƏT
Adam hərdən təəccüblənir ki, insan necə bu qədər nadürüst, hissiyyatsız, nankor, bəsit ola bilər? İnsan necə öz millətinə, dövlətinə qənim kəsilə bilər? Anladıq, müxalifətsən. Hətta qatı, radikal müxalifətsən. Amma dövlətinədəmi qarşı müxalifətsən? Milli kimliyinədəmi qarşı müxalifətsən? Nəyə sevinirsən? Niyə sevinirsən? Ayıb deyilmi? İnsan özünü bu qədər rəzil kökə salarmı?” 

7NEWS.az xəbər verir ki, bu fikirləri Azərbaycan Demokratik Maarifçilik Partiyasının sədri, millət vəkili Elşən Musayev AXCP sədri Əli Kərimlinin "facebook” sosial şəbəkəsində Azərbaycan əleyhinə yazdığı statusa münasibət bildirərkən söyləyib. 

"Kimsə təxribat xarakterli məlumat yayıb ki, Azərbaycan ordusu öz mövqelərindən geri çəkilib və Əli Kərimli buna sevinir. Üstəlik, sevincini də gizlətmir. Daha sonra isə rəsmi məlumat gəlir ki, ordumuz Fərrux kəndinə bayraq sancıb, yəni heç bir geri çəkilmədən söhbət gedə bilməz. Hətta ardınca video da paylaşılır. Və bu dəfə Kərimlidən səs çıxmır. Oysa, adama deyən lazım ki, ay ünsür, barı üzr istə də. Barı abırına kor ol da. Bari denən ki, qələt eləmişəm də. Dünya dağılmaz ki? 

Görünən budur ki, Əli Kərimlinin dəyişmək istəyi və amalı yoxdur. O, həmişə belə rəzil qalmağı, rəzil olmağı özü üçün prioritet seçib. Nə deyək. Bu da belə bədbəxtdir. Üstəlik, ətrafındakı qaraguruhu da öz gününə salmaqda, özü kimi bədbəxt eləməkdə  qərarlıdır” – deyə millət vəkili fikirlərinə davam edib.
 
7News.Az

RƏYLƏR