Pirverdiyevi qorxudan məsələ heç də vəzifəsini yox, həm də
azadlığını itirmək qorxusudur
"Azərenerji” ASC-nin prezidenti Etibar Pirverdiyevin təqdim etdiyi fırıldaq
hesablamalrdan qəzəblənən dövlət rəhbəri "Azərenerji”nin fəaliyyətinin təftiş
olunması barədə göstəriş verib. Və iddiaya görə Etibar Pirverdiyevə ölkəni tərk
etmək yasağı qoyulub.
"Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin prezidenti Etibar Pirverdiyev mediaya
qapalı, jurnalistlərdən qaçan dövlət xaidmlərindən biri kimi məşhurdur. Bir
qayda olaraq, media onun yadına işi çətinləşəndə düşür. Görünür ki, cənab
Pirverdiyevin yenə müşkülü var ki, mediaya üz tutaraq barəsində yazdırdığı
yazını müxtəlif xəbər saytlarında ayrı-ayrı jurnalistlərin adından yaydıraraq
özünü təriflədir.
Əcəba xəsisliyi ilə ad çıxarmış Etibar müəllimi kisəsisinin ağzını açıb mediaya
pul paylamağa vadar edən nədir? Elektron KİV-də tirajlatdırdığı bəy tərifləri
ilə kimə nəyi çatdırmaq istəyir?
Bu suallara cavab verməzdən əvvəl onu deyək ki, Pirverdiyevin yaxından tanıyan
birinin dediyinə görə, əslində Etibar müəllim özünə sərf edən yerdə xəsis
birisi deyil, əksinə çox əliaçıq, səxavətli adam təsiri bağışlayır. Yəni sərf
etməyən yerdə - hətta qarşısındakı acından ölən yoxsulun, əlilin biri olsa belə
- Balzakın qəhrəmanı qoca Qobsek kimi simic, işi keçən adamalr üçün isə Hatəm
Tai kimi comərd, səxavətli olur. Məhz bu "diplomatiya” onu indiki dövlət məqamınacan
gətirib çıxarıb. Halbuki hazırda məşğul olduğu işin onun ixtisasına dəxli
yoxdur. Bəs necə oldu ki, Etibar Pirverdiyev birdən-birə bu səviyyəyə gəlib
çıxdı?
Keçək mətləbə və ilk ondan başlayaq ki, Etibar Pirverdiyev V.D.Kalmıkov adına
Taqanroq Radiotexnika İnstitutunun məzunudur. Diqqət etmisinizsə, həm rəhbərlik
etdiyi "Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin rəsmi veb səhifəsində, həm də digər
məlumat bazalarında onun ixtisası barədə ümumi məlumat verilərək konkretlikdən
qaçılır - ixtisası "mühəndis” kimi qeyd edilir.
Ancaq hansı sahə üzrə mühəndis. Biləsiniz ki, Etibar Pirverdiyev ixtisasca
energetik olmadığından onun ixtisası dəqiq yazılmır. Çünki haradasa
energetikadan uzaq sahə üzrə mühəndis olduğu üzə çıxarsa, o zaman cənab
Pirverdiyevin ixtisasına aid olmayan sahəyə rəhbərlik etməsinin düzgün olmadığı
barədə müxtəlif suallar və ittihamlar meydana çıxa bilərdi. Bəs elə isə Etibar
Pirverdiyev, energetik olmaya-olmaya bu sahəyə necə gəlib çıxıb?
Bu barədə Milliyol-u məlumatlandıran mənbə bildirir ki, Etibar müəllim bundan əvvəl
də ixtisasından kənar, "yağlı” vəzifələrdə çalışıb. Bu da keçmiş dostu, adı
dövlətə və prezidentə xəyanətdə hallanan və elə buna görə də vəzifə başında həbs
olunan keçmiş iqtisadi inkişaf naziri Fərhad Əliyevlə yaxınlığı sayəsində
mümkün olub.
Gənclik illərində Azərbaycan Kosmik Araşdırmalar İnstitutunda və Bakı
Qazan-Mexaniki Zavodunda rəhbər vəzifələrdə çalışmış Etibar Pirverdiyev Fərhad
Əliyevin yardımı ilə Azərbaycan Respublikası Dövlət Əmlakı Nazirliyinin Özəlləşdirilmiş
Səhmdar Cəmiyyətlərində Dövlət payının tənzimlənməsi şöbəsinin rəisi vəzifəsinə
gətirlib. Bu post o zaman üçün çox gəlirli vəzifə hesab olunurdu və Fərhad
Əliyev bu cür yerlərə ancaq öz inanılmış adamlarını təyin edirdi. Etibar
Pirverdiyev bu sahədə Fərhad Əliyevin etimadını tam olaraq doğrulda bildiyinə və
tapşırılan işin öhdəsindən yüksək səviyyədə gələ bildiyinə əvəzində
"Bakıelektrikşəbəkə” Açıq Tipli Səhmdar Cəmiyyətinin sədri vəzifəsi ilə
mükafatlandırılmışdı.
Burada haşiyə çıxaq ki, Pirverdiyev ixtisasca eneregetik olmasa da, bu sahədən
uzaq adam deyildi. Həmin vəzifəyə təyinatına qədər onun qeyri-rəsmi rəhbərlik
etdiyi şirkət "Bakıelektrikşəbəkə”nin daimi sifarişçisi idi.
O zamankı qəzetlər, (Həmin qəzetlərin nüsxələri indi də M.F. Axundov adına
kitabxanada saxlanılır.), iddia edirdi ki, Etibar Pirverdiyevin firması
"Bakıeleşktrikşəbəkə”yə müxtəlif avadanlıqlar və cihazlar satır və əldə olunan
gəlirdən həm "Bakıelektrikşəbəkə”Açıq Tipli Səhmdar Cəmiyyətinin, həm də Fərhad
Əliyevin payını necə lazımdırsa, çatdırırmış.
İkinci, bu ticarətdən komisyon almasının səbəbi isə "Bakıelektrikşəbəkə”Açıq
Tipli Səhmdar Cəmiyyətinə sifarişlərin Etibar Pirverdiyevə verilməsi barədə
göstərişlər imiş. O zaman qəzetlərin bu iddiası təkzib edilməmişdi.
"Bakıelektrikşəbəkə”yə təyinatından sonra isə, cənab Pirverdiyev çox məharətli
diplomatik-ticari gedişlərlə "yuxarılar”ın diqqətini daha çox cəlb edə bilir.
Açıq Tipli Səhmdar Cəmiyyətinin yeni sədri köhnə biznesini burada da davam
etdirir və artıq cəmiyyətin bütün sifarişlərini özünün və yaxınlarının firmalarına
yönəldir. Əvvəllər Səhmdar Cəmiyyətinin sədrinə çatan faizlərin isə özünə
götürməyib "yuxarı”lara ötürməklə rəhbərlərin etimadını ikiqat qazanır və bu
"gözütoxluq” onun vəzigə iyerarxiyası pilləkanlarını sürətlə addımlamasına
yardım edir.
"Azərenerji”yə təyinatında da eyni priyomlardan istifadə edən nazir statuslu sədr
bir çox sifarişçilərin pullarını ya gecikdirməklə, ya verməkdən imtina etməklə
də ad çıxarır. Məsələn, 2000-ci illərin ortalarında transformotorlar üçün
yağlara görə sifarişi yerinə yetirən tərəfə ödənməli olan pullara görə ciddi
qalmaqal yaranmış, məsələ baş nazir Artur Rasi-zadəyə qədər gedib çıxmışdı. Məlum
olmuşdu ki, Etibar Pirverdiyev "Azəreneji”yə transformotor yağları satan şəxsəin
halal pulunun ödənməsindən imtina edilir. Baş nazirin məsələyə müdaxiləsindən
sonra isə, həmin şəsxə bazarlıq təklif edilərək pulun 50 faizindən imtina
olunacağı təqdirdə qaytarılacağı bildirilmişdi. Yəni iş adamına təklif
edilmişdi ki, ona çatacaq pulun 50 faizi Etibar müəllimə nəqd şəkildə verilməlidir.
Etibar Pirverdiyevin adı ilə bağlı başqa bir qalmaqal da dillərdə dolanır.
2013-cü ildə E. Pirverdiyevə məxsus "Azenco” şirkəti tərəfindən görülmüş
yarıtmaz işlərə, yeyintilərə və Pirverdiyev tərəfindən düzgün hesablanmayaraq
Nazirlər Kabinetinə verilmiş layihəyə görə, sənaye və energetika naziri Natiq
Əliyev onu kollegiya iclasında hamının gözü qabağında qovmuşdu. Belə ki, layihə
Nazirlər Kabinetinə təqdim olunan zaman bütün xərclər sona qədər
hesablanmayıbmış.
Əsas məqsəd o imiş ki, bu layihənin icrasının sifarişi "Azenco”ya verilsin.
Sonra layihə icra olunarkən aşağı keyfiyyətli avadanlıqlardan, mallardan və
detallardan istifadə etməklə çatışmayan xərcləri bağlamaq mümkündür. "Azenco”
da söz düşmüşkən bu şirkət- «Azenco» ASC 2008-ci ilə qədər "Azerenerji” ASC-nin
tərkibində "Azerenerjitikinti” MMC adıyla fəaliyyət göstərib.
Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin 9 oktyabr 2008-ci il tarixli əmrinə
uyğun olaraq MMC olan "Azenco” Açıq Səhmdar Cəmiyyətinə çevrilib və investisiya
müsabiqəsinə çıxarılıb. Qurumun rəhbəri təxminən 7 milyon manat qarşılığında bu
şirkəti alıb. "İnter Enerji” MMC-də Etibar Pirverdiyevə məxsusdur. Bu şirkətlərə
onun qardaşı rəhbərlik edir. Altı il öncə Şirvandakı "Cənub” stansiyasının
tikintisinə dövlət büdcəsindən on milyonlarla manat vəsait ayrılmışdı və dövlət
başçısı tərəfindən tapşırılmışdı ki, burda ən müasir avadanlıqlardan istifadə
edilsin.
Bu barədə məlumatlı olan mənbə MilliYol-a bildirib ki, stansiyanın tikintisi
zamanı "Azenco” şirkəti tərəfindən 20 milyondan çox vəsait göyə sovrulub. Ölkədə
enerji sahəsində fəaliyyət göstərən bir çox şirkət var. Amma ASC rəhbəri imkan
vermir ki, onlar "Azərenerji”nin tikinti layihələrinə cəlb olunsunlar.
Çalışdığı odur ki, bütün maliyyə kapitalını özünə məxsus olan şirkətə, ordan da
öz şəxsi büdcəsinə yönəltsin. Son illər "Azərenerji” tərəfindən həyata keçirilən
tikinti layihələrinin monitorinqini aparanda aydın olur ki, işlərin böyük hissəsini
"Azenco” görüb. Bu, özbaşınalığın ən son həddidir. Belə çıxır ki, cənab
Pirverdiyev büdcənin pullarını öz şirkəti vasitəsilə silir.
Ölkənin ən böyük enerji mərkəzlərindən sayılan "Cənub” Elektrik Stansiyasının
tikintisində maliyyə maxinasiyalarına yol verilib. Stansiyanın əhatə olunduğu
sahədə salınan beton örtüyünə təkcə 6 milyondan çox vəsait sərf edilib.
Burda quraşdırılan avadanlıqların qiyməti isə çox bahadır. Baş verən yeyinti
işlərini araşdırıb tapmaq aidiyyəti qurumlar üçün elə də çətin bir iş deyil.
Sadəcə, hansısa səbəblərə görə müvafiq qurumlar Etibar Pirverdiyevin nəzarətində
olan sahəyə müdaxilə edə bilmirlər, sanki ona bilərəkdən güzəşt edilir. Buna
görə də ASC rəhbəri energetika sahəsində görülən işlərdən xeyli qazanc əldə
edir və hər il Etibar Pirverdiyevin yol verdiyi korrupsiya on milyonlarla
manatı əhatə edir.
Mənbə onu da qeyd edir ki, ölkə üzrə enerji satışı "Azenerji”dən alındıqdan
sonra Etibar Pirverdiyev yeni qazanc mənbələri axtarmağa başlayıb və bununla
bağlı yuxarılara verdiyi layihələrin ekspertizadan keçməməsi "Azenerji” ASC rəhbərini
çox pis durumu gətirib çıxarıb. Yəni layihələrin eksperizası nəticəsində
hesabların həddən artıq şişirdildiyi dövlət başçısına məruzə edilib. Büdcə xərclərinə
qənaət edildiyi bir vaxtda isə Pirverdiyevin dövlət başçısının siyasətinə qarşı
çıxaraq şəxsi mənffət naminə israfçılıq etmək istəməsi ASC rəhbərinin sonunu gətirib.
Mənbə bildirir ki, bu üzdən sturktur islahatlarının tərkib hissəsi olan "Azərenerji”
Səhmdar Cəmiyyətinin "Azərişıq”la birləşdirməsi planının reallaşmaslı sürətlənib.
Bu birləşmədən sonra işsiz qalacağı barədə Etibar Pirverdiyevin özü də məlumatlıdırılıb
və Pirverdiyevin son günlər media ulduzuna çevrilmə cəhdinin arxasında da məhz
bu dayanır.
Lakin Pirverdiyevi qorxudan məsələ heç də vəzifəsini yox, həm də azadlığını
itirmək qorxusudur. Belə ki, mənbə bildirir ki, onun təqdim etdiyi fırıldaq
hesablamalrdan qəzəblənən dövlət rəhbəri "Azərenerji”nin fəaliyyətinin təftiş
olunması barədə göstəriş verib. Və mənbənin iddiasına görə Etibar Pirverdiyevə
ölkəni tərk etmək yasağı qoyulub. /milliyol.az
Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.
RƏYLƏR
DİGƏR XƏBƏRLƏR
-
-
Azərbaycanda söz və mətbuat azadlığının təmin olunması istiqamətində ciddi addımlar atılır
24.07.2022, 15:46 / Özəl, GÜNDƏM, TƏHLİL -
Ulu Öndər Heydər Əliyev dayanıqlı inkişafın təməlini qoyub - Deputat
22.06.2022, 14:40 / Özəl, GÜNDƏM, TƏHLİL -
Saxta alimlər, pulla alınan ödüllər, “elmi” fırıldaqlıqlar… - SENSASİON YAZI
21.05.2022, 09:26 / GÜNDƏM, TƏHLİL -
İcra başçısının oğlunun biznes şəbəkəsi - SİYAHI
17.04.2022, 12:06 / GÜNDƏM, TƏHLİL -
Deputat Anar Məmmədovun xaricə " daşıdığı" milyonlar üzə çıxdı - FOTOFAKT
29.12.2021, 19:37 / GÜNDƏM, TƏHLİL -
Tahir Kərimlini danışdıran kim(lər)dir? — Ramiz Mehdiyev polisə qarşı hücum təşkil edir...
04.08.2021, 18:05 / GÜNDƏM, TƏHLİL -
Eldəniz Səlimovun qaranlıq keçmişi: Xanbabayev onu necə yetişdirib?
04.08.2021, 18:00 / GÜNDƏM, TƏHLİL