"Fairmont Baku"-da jurnalistləri təhqir edən iş adamının oğlu imiş — FOTOLAR

OXUNUB: 947 Özəl HADİSƏ

Xüsusi karantin rejimini pozub, "Fairmont Baku" hotelində istirahət edərək jurnalistləri təhqir edən şəxsin kimliyi müəyyənləşib.


Unikal.org-un əldə etdiyi məlumata görə, jurnalistləri təhqir edən şəxs İsmayıl Babayevdir.


Cəlilabad rayon sakini 1992-ci il təvəllüdlü İsmayıl Babayev polis əməkdaşları tərəfindən saxlanılıb. O, İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq  məsuliyyətə cəlb edilib.


Qeyd edək ki, İ.Babayev iş adamı Fətulla Babayevin oğludur.

 

RƏYLƏR