Göygöl Dövlət Qoruğu belə talan edilir - VIDEO + FOTOLAR

OXUNUB: 717 Özəl GÜNDƏM

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Bioloji Müxtəlifliyin Qorunması Xidməti hara baxır?

Azərbaycan Respublikasının xüsusi mühafizə olunan təbiət əraziləri şəbəkəsinin genişləndirilməsi, biomüxtəlifliyin qorunub saxlanılması, təbii resursların səmərəli istifadə edilməsi, ekoturizmin inkişaf etdirilməsi və respublikanın təbii irsinin geniş miqyasda təbliğ olunması məqsədi ilə yaradılan Göygöl dövlət qoruğu işbazlar tərəfindən talanır. Dünyanınsəsi.Az xəbər verir ki, Kür çayının Samux rayonunun ərazisindən keçən hissəsində Göygöl Dövlət Təbiət Qoruğu hüdudlarına daxil olan 200 ha-dan çox meşə sahəsi şumlanaraq əkin sahəsinə çevrilib.Meşə örtüyünün məhv edilməsi Samux rayonun Narlı bulaq,Şəhər burnu və Daşlı burun kimi tanınan ərazilərində baş verib. Bitkti örtüyü yovşanlı-şoranlı, şoranlı-yovşanlı bitki qruplarından, çay yataqlarının bitki kompleksindən ibarət olan qoruğun söyüd, qovaq, saqqız digər ağac cinsləri ağır texnika ilə kökündən çıxarılaraq işbazlar tərəfindən yerində taxıl əkilib.

Qoruğun əkilmiş olan digər ərazisində isə günəbaxan üçün səpinə hazırlıq işləri gedir.Kür çayının sağ sahilində 2 km uzunluğunda, 2 metr dərinliyində qazılmış olan iri xəndəklər ərazidə mal-qara saxlayan fermerlərin də hərəkətini məhdudlaşdırıb. Sadalanan özbaşınalıq ondan xəbər verir ki, Göygöl Dövlət Təbiət Qoruğuna məsul olan şəxs və şəxslər bu cür flora və faunamıza qənim kəsilən işbazlarla ya əlbir olub. Necə deyərlər,"Dərə xəlvət tülkü bəy”dir. Bu zaman haqlı olaraq suallar yaranır. Dövlət büdcəsindən ildə milyonlrla vəsait alan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 10 saylı Ərazi Ekologiya İdarəsinin şefi cənab Rəhim Qafarov və onun tabeçiliyində olan əməkdaşlar hara baxır? Kasıbın, arxasızın qənimi olan bu idarə niyə mövcud vəziyyətlə bağlı ictimaiyyətə məlumat vermir? Görünüən odur ki, Baş prokurorluqdan, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, həmçinin digər müvafiq qurumların rəhbərliyi dövlət qoruğu ərazisndə yaranmış olan bu acınacaqlı vəziyyətə dərhal müdaxilə etməlidirlər. Qoruğun meşə massivinin qorunub mühafizə olunmasına operativ nəzarəti lazımi səviyyədə yerinə yetirməyən məsul şəxsləri cəzalandırılmalıdır. Dövlət Qoruğu ərazisini öz dədə malı kimi istifadə edən arxalı "işbaz”ların cinayət tərkibli əməllərinə son qoyulmalı,vəzifəsindən və qulluq mövqeyindən su istifadə etməklə dövlətə və Göygöl Dövlət Qoruğuna külli miqdar zərər vuranlar qanun qarşısında cavab verilməsi təmin edilməlidir.

Baş verən olayla bağlı Göygöl Dövlət Təbiət Qoruğunin rəisi ilham Məmmədovdan  məsuliyyətsiz açıqlama...

Məlum hadisədən xəbərim var .İşbazlar dövlət qoruğunun ərazisinin 200 ha-da meşə örtüyü və yaşıllıqları məhv edərək əkin sahəsinə çeviriblər.Bizim İdarə Göygöl rayonu ərazisndə yerləşdiyindən vaxtlı-vaxtında qoruğa nəzarət edə bilmir.Dövlət Qoruğunun ərazisini 10 saylı Ərazi Ekologiya İdarəsi mühavizə edib nəzarət etməlidirlər.Dövlət qoruğu ərazisinə dəymiş ziyana gələndə isə  heç bir tədbir götülmədiyini bildirib./dunyaninsesi

Dövlət Qoruğunun necə talan edilməsini canlı təqdim edirik:


RƏYLƏR