Rusiyanın Xabarovsk vilayətində helikopter qəzaya uğrayıb.
İcmal.Az-ın xəbərinə görə, bu barədə Rusiya FHN-nin rəsmi saytında məlumat verilir.
"Vostok” aviaşirkətinə məxsus Mi-8 helikopteri Antennaya və Xirurqiçeskaya küçələrinin kəsişməsində sərt eniş edib.
İlkin məlumata əsasən, göyərtədə altı nəfər olub, onların hamısı ölüb.
Qəzadan sonra helikopter alovlanıb, hazırda yanğınsöndürənlər yanğının qarşısını almağa çalışırlar.
İcmal.Az