Azərbaycan Respublikası Prezidentinin 19 may 2022-ci il tarixli 1685 nömrəli Fərmanı ilə yaradılmış "Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzi” publik hüquqi şəxsi tərəfindən Mərkəzdə mövcud hüquqşünas vəzifələrinə işə qəbul ilə əlaqədar müsabiqə elan edilir.
Mövcud vəzifələr:
Publik hüququn ekspertizası şöbəsi – 4 vakant vəzifə
şöbə müdiri – 1
baş mütəxəssis – 2
aparıcı mütəxəssis – 1
Xüsusi hüququn ekspertizası şöbəsi - 4 vakant vəzifə
şöbə müdiri – 1
baş mütəxəssis – 1
aparıcı mütəxəssis – 2
Qanunvericilik təşəbbüsləri və monitorinq şöbəsi – 3 vakant vəzifə
şöbə müdiri – 1
baş mütəxəssis – 1
aparıcı mütəxəssis – 1
Müsabiqədə iştirak etmək üçün namizədlərə dair minimal tələblər:
· Hüquqşünaslıq ( beynəlxalq hüquq) ixtisası üzrə bakalavr dərəcəsi;
· Hüquq sahəsində azı 3 il iş təcrübəsi;
· Ən azı bir xarici dil biliyi.
Əlavə üstünlüklər:
· Normayaratma fəaliyyəti sahəsində iş təcrübəsi;
· Magistr və ona bərabər ali hüquq təhsili.
Müraciət edən namizədlər arasından yalnız elan olunmuş vəzifələrə daha uyğun gələn şəxslər müsabiqəyə dəvət olunacaq. Müsabiqə iki mərhələdən - yazılı imtahan və müsahibədən ibarət olacaq. Yalnız yazılı imtahan mərhələsindən uğurla keçmiş şəxslərlə müsahibə keçiriləcək.
Maraqlanan namizədlər öz anketlərini (CV-lərini) [email protected] emailinə göndərə bilərlər.
Son tarix: 10 avqust 2022-ci il