"İlham Əliyev Brüssel görüşündə Azərbaycanın istəklərini böyük üstünlüklə qəbul etdirə bildi" - ŞƏRH

OXUNUB: 128 Özəl GÜNDƏM SİYASƏT

7NEWS.az xəbər verir ki, bu sözləri Mətbuat Şurası sədrinin müavini və Jurnalistlərin Həmkarlar İttifaqının sədri Müşfiq Ələsgərli Prezident İlham Əliyevin Brüssel səfərinə münasibət bildirərkən deyib: "Aprelin 6-da Brüsseldə Avropa İttifaqı Şurasının rəhbəri Şarl Mişelin vasitəçiliyi ilə Prezidenti İlham Əliyev və  Ermənistanın baş naziri Nikol Paşinyan arasında keçirilən  görüşün ilkin nəticələri bəlli olub. Şarl Mişel 4 saatdan  artıq davam etmiş üçtərəfli görüşün nəticələri barədə bəyanat verib. Bəyanat görüşün hansı ovqatda keçdiyi və hansı nəticələrin əldə edildiyi barədə ilkin təəssürat formalaşdırır. 
Bəyanatda göstərilir ki, Ermənistanla Azərbaycan  arasında sülh müqaviləsi üzrə danışıqların  başladılması razılaşdırılıb. Artıq hər iki ölkənin Xarici İşlər Nazirliklərinə  bununla bağlı təlimat da  verilir. Bu, Azərbaycanın irəli sürdüyü 5 maddədən ibarət təkliflər paketinin  qəbulu və  danışıqların həmin 5 maddəlik prinsiplər üzərində aparılmasını ehtiva edir. Sənəddə vurğulanan əsas məqam Azərbaycanın ərazi bütövlüyüdür. 
Bəyanatda Azərbaycanın təkliflər paketində əks olunmuş  digər tələblərə də yer verilib. O cümlədən,  tərəflərin sərhəd məsələləri üzrə birgə komissiya yaratması və ilk növbədə sərhədlərin delimitasiya prosesinə başlanılması barədə razılıq əldə olunur. Delimitasiyanın tərkibi və nəticəsi olaraq sərhəddə gərginlik aradan qaldırılacaq.  
- Aİ-nin minalardan təmizləmə, itkin düşmüş şəxslərin tapılması, eləcə də quruculuq işlərində Azərbaycana dəstək verməsi təsdiq olunur. 
- Nəqliyyat -kommunikasiya xətlərinin açılması  də təsdiq olunur, dəmir yolunun, avtomobil yolunun çəkilməsi və iqtisadi məşvərət şurası mexanizminin yaradılması təsdiq olunur. 
- Sənəddə Dağlıq Qarabağ ifadəsi və ya keçmişin qalığı olan MQ həmsədrlik institutuna istinad yoxdur. 
- Aİ-nin dəstəyi ilə Ermənistan  və Azərbaycan  arasında birbaşa danışıqları nəzərdə tutan yeni mexanizm və format yaranır. Bunun da məqsədi ilk növbədə Azərbaycan -Ermənistan  münasibətlərinin normallaşdırılmasıdır. 
- Avropa İttifaqı  qərəzsiz tərəfdir. Hər iki tərəfin Aİ-yə  etimadı vardır. Burada xüsusilə Şarl Mişelin Prezident İlham Əliyevlə şəxsi dialoqu və təmasları mühüm şərtdir." 

7NEWS.az

RƏYLƏR