Kosovo hərbi inkişaf planı çərçivəsində ABŞ-dan silah alacaq

OXUNUB: 1026 Özəl DÜNYA
Kosovo Assambleyasının qəbul etdiyi qərara uyğun olaraq, Kosovo Təhlükəsizlik Qüvvələri rəsmi və peşəkar orduya çevrilir. Priştina bu transformasiyanı 2028-ci ilə qədər başa çatdırmağı hədəfləyir.

7NEWS.az xəbər verir ki, yanvarın 11-də ABŞ Müdafiə və Təhlükəsizlik Əməkdaşlıq Agentliyindən (DSCA) verilən açıqlamada Kosovonun silah alışı tələbinin qəbul edildiyi və 246 ədəd Javelin FGM-148F raketi və izləmə avadanlığının tədarükü üçün razılıq əldə edildiyi bildirilib.

7NEWS.az

RƏYLƏR