Millət vəkilindən başçıya cavab: Nəyin "davası" gedir?

OXUNUB: 1142 Özəl HADİSƏ
Millət vəkili Fazil Mustafa Göyçay Rayon İcra Hakimiyyətinin onun Milli Məclisdəki çıxışına reaksiyasına cavab verib.

7News.Az xəbər verir ki, millət vəkili hadisənin hardan qaunaqlandığını və parlamentdə Göyçay RİH-ni niyə tənqid etdiyini açıqlayıb.

Bildirib ki, Göyçay rayonu Hacalı kəndində yaşayan sahibkar xanım Məhluqə Rəhman qızı Xəlilova bir millət vəkili kimi ona müraciət edərək, Göyçay bələdiyyəsi tərəfindən hüquqlarının pozulmasını bildirib və pozulmuş hüquqlarının bərpası üçün köməklik göstərməyi xahiş edib:

"Məsələnin məğzi budur ki, Melorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətininin balansında olan 5 ha torpaq sahəsi "əsaslı və ya müvəqqəti tikilinin inşasına yol verilməməsi” şərti ilə abadlaşdırılması və yaşıllığın salınması məqsədi ilə rəsmi qaydada sahibkar Xəlilovanın istifadəsinə verilib və burada təyinatına uyğun olaraq sahibkar tərəfindən yaşıllaşdırma və abadlaşdırma işləri aparılıb. Lakin az sonra Göyçay bələdiyyəsi özünə heç bir aidiyyəti olmayan, yəni bələdiyyənin mülkiyyətində olmayan həmin torpaq sahəsi barədə qanunsuz qərar çıxarıb və dərhal zəbt olunduğunu iddia etdikləri 2,7 ha torpaq sahəsinin geri qaytarılmasını tələb edib. Bələdiyyənin bu qərarından sahibkar Xəlilova Şəki İnzibati Məhkəməsinə şikayət edib və məhkəmə bələdiyyənin qanunsuz qərarının icrasını dayandırmaq barədə qərardad qəbul edib. Məhkəmənin qərardadına əhəmiyyət verməyən icra başçısı sahibkarın torpaq sahəsinin əlindən zorla alınması üçün İcra Hakimiyyətinin və bələdiyyənin işçilərinə göstəriş verib, torpaq sahəsinin hasarlarını ağır texnika ilə uçurub”.

Millət vəkili qeyd edib ki, məhkəmə qərarı əsas sənəddir və heç kimin, o cümlədən rayon İcra Hakimiyyətinin onu icra etməmək səlahiyyəti yoxdur:

Qeyd edək ki, Fazil Mustafanın Milli Məclisdə tənqidinə cavab olaraq Göyçar RİH-dən saytımıza açıqlama verilmişdi. Bildirilmişdi ki, Şamaxı rayonunun deputatı olmuş Elxan Süleymanovun Göyçay şəhər ərazisindən keçən rayonun əsas çayı olan Göyçay çayının (Kürün sol qolu) mühafizə zolağında 5 ha ərazini qeyri-qanuni olaraq zəbt edib. Ərazidə 50-yə yaxın ev var və 300-dən çox sakin yaşayır. Göyçay şəhərinin baş planına əsasən ərazidə sakinlərin çoxsaylı müraciətləri və təbiətin əlverişli mövqeyi nəzərə alınaraq, çayın mühafizə zolağında çay boyu park nəzərdə tutulub. Bu yaxınlarda zəbt olunmuş əraziyə görə Göyçay Rayon İcra Hakimiyyəti məhkəməyə müraciət etdib. Sahibkar Elxan Süleymanovdan dəfələrlə zəbt olunmuş ərazini boşaltmaq xahiş olunsa da, keçmiş deputat müraciətlərə məhəl qoymayıb.

Açıqlamada həmçinin Fazil Mustafa keçmiş həmkarını ədalətsiz olaraq müdafiə etməkdə ittiham olunmuş, onun MM-dəki çıxışının Göyçay sakinlərində hiddət yaratdığı vurğulanmışdı.
 
 
7News.Az

RƏYLƏR