“Qarabağ” həqiqətən möhtəşəm idi...” – DEPUTAT

OXUNUB: 2285 GÜNDƏM Özəl İDMAN
 

"Qarabağ” möhtəşəm futbol oynadı. Hətta bu günə qədər olan ən gözəl oyunlarından birini keçirdi. Sadəcə şans bizim tərəfimizdə deyildi. Bu qədər.” - 7NEWS.AZ xəbər verir ki, bu fikirləri Demokratik Maarifçilik Partiyasının sədri, Milli Məclisin deputatı Elşən Musayev bildirib.

"Qurban Qurbanov və onun yetirmələri əlindən gələn hər şeyi etdi. Azlıqda qalmalarına baxmayaraq yenə də oyunda üstün oldular. Üstəlik, 1 qolumuz qeydə alınmadı. Penalti vəziyyətində ofsayt qeydə alındı. Yəni, sanki bəxt bizdən üz çevirmişdi. Amma "Qarabağ” yenə oynadı, əzm göstərdi və axıra qədər mübarizə apardı.

Doğma "Qarabağ”ı təbrik edirəm. Onlar həqiqətən möhtəşəm idilər. Nəticə nə olursa olsun, fərq etməz, əsas odur ki, əziz klubumuz adına layiq oyun göstərdi.” – deyə Partiya sədri fikirlərinə davam edib.

RƏYLƏR