“Sabah “Qarabağ”ı stadiondan dəstəkləyəcəyik” – DEPUTAT

OXUNUB: 2388 GÜNDƏM Özəl İDMAN
 

"Doğma "Qarabağ” klubuna sabahkı oyunda bol-bol uğurlar arzulayıram.  Stadionda olacayıq və azarkeş dəstəyimizi verəcəyik. Həm də çox böyük məmnuniyyətlə!” – 7NEWS.AZ xəbər verir ki, bu fikirləri Demokratik Maarifçilik Partiyasının sədri, Milli Məclisin deputatı Elşən Musayev bildirib.

"Qurban Qurbanov olduqca istedadlı məşqçidir, işini mükəmməl bilir və heç şübhəsiz ki, komandanı da oyuna əla hazırlayacaq və eyni zamanda yaxşı motivasiya edəcək.

Bir daha uğurlar, "Qarabağ”! Yanındayıq. Dualarımız və dəstəyimiz sizinlədir” – deyə Partiya sədri fikirlərinə davam edib.

RƏYLƏR