Rəis Müavini, Yoxsa Reket?! – Gəncə Sakinləri Narahatdırlar

OXUNUB: 1138 Özəl HADİSƏ

Gəncə şəhərinin sahibkarlıqla məşğul olan bir qrup sakini Gəncə Polis idarəsinin rəis müavini, polis polkovniki Oktay Süleymanlının qanunsuz hərəkətlərindən narahatdırlar.

 
 


Portalımıza daxil olmuş məlumatda Oktay Süleymanlının sahibkarlardan qanunsuz pul tələb etməsi iddia olunur.

Ölkədə olan mövcud epidemioloji vəziyyət və xüsusi karantin rejimi bir çox sahibkarlara mənfi təsir göstərib. Bu ağır dönəmdə polis rəisinin müavininin qanunsuz hərəkətləri əhalini daha da hiddətləndirib. Beləki Oktay Süleymanlı Nazirlər Kabineti tərəfindən fəaliyyətinə icazə verilmiş təsərrüfat subyektlərindən ödəniş etmədən mallar götürür, haqqlar tələb edir. Mebel salonlarından birinə girərək hədə qorxu ilə xoşuna gələn mebel dəstini götürüb, ödəniş edəcəyini desə də ödəniş etməyib. İşləməsinə icazə verilmiş bazarlardan digər sahələrin işləməməsini bəhanə gətirərək yüksək məbləğdə haqq tələb edir.
Sakinlər bildiriblər ki, ölkədə mövcud vəziyyətdə ölkə rəhbərinin sahibkarlara dəstəyi onların ayaqda qalmasına şərait yaradıb. Həmçinin Daxili İşlər Nazirliyinin, TƏBİB və Operativ Qərargahın əhalinin təhlükəsizliyi üçün etdikləri səyləri və tədbirləri yüksək qiymətləndiriblər. Gəncə şəhər polis idarəsinin rəisi cənab Əkbər İsmayılov Gəncə sakinlərinə hörmət və qayğısını xüsusi qeyd ediblər. Lakin Oktay Süleymanlı kimi polis adına ləkə vuran bir şəxsin qanunsuz əməllərinə çox məyus olduqlarını bildiriblər.

RƏYLƏR