Ermənistan ərazisində yenidən 3,7 bal gücündə zəlzələ qeydə alınıb. "Report” xəbər verir ki, bu barədə Ermənistan fövqəladə hallar nazirliyinin regional seysmik mühafizə xidmətinin seysmoloji mərkəzi məlumat yayıb.
Zəlzələnin dərinliyi 2 kilometr olub, episentrdəki yeraltı təkanların gücü 5 bala çatıb. Qeyd edək ki, bundan əvvəl Ermənistanda baş verən zəlzələ Azərbaycanda da hiss olunub.