Təhsil Nazirliyi və Qarabağ Dirçəliş Fondu arasında memorandum imzalanıb

OXUNUB: 494 Özəl GÜNDƏM SOSİAL
7NEWS.az xəbər verir ki, aprelin 18-də Təhsil Nazirliyi və Qarabağ Dirçəliş Fondu arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb. 
 
Memorandumu təhsil naziri Emin Əmrullayev və Qarabağ Dirçəliş Fondunun İdarə Heyətinin sədri Rəhman Hacıyev imzalayıblar. 
 
Memorandumun əsas məqsədi əməkdaşlıq çərçivəsində birgə layihələr və tədbirləri həyata keçirərək işğaldan azad olunan ərazilərin yüksək rifaha malik regiona çevrilməsinə töhfə verməkdir.  
 
Anlaşma Memorandumunda qeyd olunan məqsəd üzrə aparılan işlər çərçivəsində təhsilin inkişafına dəstəyin göstərilməsi, o cümlədən xarici dövlətlərin təcrübəsi öyrənilməklə tətbiqi, kadr ehtiyacının araşdırılması, təhsil sahəsində dövlət-özəl tərəfdaşlığının təşviqi, təhsil sisteminin imkanlarından yararlanaraq müvafiq müəssisələrdə ianəçilik mədəniyyətinin təbliği və digər bu kimi məsələlər əhatə olunub.

RƏYLƏR