Cümə axşamı ABŞ-ın Tennessi ştatının hakimiyyəti 2009-cu ildən bu yana ilk dəfə ölüm cəzasını icra edib.
Bu haqda "Tennessean” qəzeti bildirib.
Bildirilir ki, məhkəmə ölüm hökmünü Billi Reya Ayrik barəsində çıxarmışdı. O, 1985-ci ildə yeddiyaşlı qızı zorlayaraq öldürmüşdü. 59 yaşlı Ayrik ölümcül inyeksiya vasitəsi ilə yerli vaxtla 19:48-də edam edilib.
"Mən yalnız onu demək istəyirəm ki, həqiqətən çox təəssüf edirəm. Və bu hər şey deməkdir”, - qəzet məhkumun son sözlərini sitat gətirib.
ABŞ Ali Məhkəməsi hökmün icrasından bir neçə saat əvvəl edamın təxirə salınması ilə bağlı Ayrikin xahişini rədd edib.
Nəşrin yazdığına görə, bu, 1916-cı ildən bu yana Tennessi ştatında 133-cü edam idi./publika
İcmal.Az