Azərbaycan Maarifçi Gənclər Təşkilatının Beynəlxalq layihəsi uğurla başa çatıb!

OXUNUB: 458
Azərbaycan Maarifçi Gənclər Təşkilatı "Social Inclusion Through Healthy Lifestyles: Cross-sectoral youth policydevelopment in Eastern Partnership”adlı növbəti beynəlxalq layihəsini uğurla yekunlaşdırıb. LayihəAvropa Komissiyasının Təhsil, Audiovizual və Mədəniyyət üzrə İcraçı Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirilmiş və Gürcüstan, Moldova, İtaliya, İngiltərə, Hollandiya olmaqla 5 ölkənin gənclər təşkilatları tərəfdaş kimi layihəyə cəlb edilmişdir.
Layihənin əsas məqsədi Şərq Tərəfdaşlığı ölkələrindəgənclərin sağlam həyat tərzinə cəlb edilməsi və bu istiqamətdə gənclər təşkilatlarının səylərinin birləşdirilməsinə dəstək verilməsindən ibarətdir.  Layihənin həyata keçirilməsi 2017-ci il dekabr ayında başlamış və 2019-cu ildə yekunlaşmışdır. Bu müddət ərzində layihə çərçivəsində Avropa Birliyi ölkələrində layihənin tərəfdaş təşkilatlarının gənclər sektoru işçiləri üçün maarifləndirici tədbirlər, təlimçilər üçün sağlam həyat tərzi barədə təlimlər, gənclər siyasəti üzrə məsul şəxslərlə əməkdaşlıq imkanlarının müzakirəsi və hər bir iştirakçı ölkədə gənclərlə yerli görüşlər təşkil olunmuşdur. Müzakirələr əsnasında tərtib olunan, ən yaxşı təcrübələri özündə əks etdirən resurslar gənclərlə görüşlər zamanı uğurla istifadə olunmuşdur.
Layihənin əsas nəticəsi Moldova, Gürcüstan və Azərbaycan gənclər təşkilatlarının və onlarla gəncin bu sahədə mütəxəssisləşməsi, bilik və bacarıqlarının artırılması, layihənin əsas məqsədlərinin nəinki Şərq tərəfdaşlığı ölkələrində, eyni zamanda İngiltərə, İtaiya və Hollandiyada təbliğatı üçün gənclərin təlimləndirilməsi və gələcək əməkdaşlıq üçün müzakirələrin aparılması olmuşdur. 
Mövzunun aktuallığını nəzərə alsaq, regionda bu sahə üzrə beynəlxalq tədbirlərin və yerli seminarların davamının olacağı gözlənilir.
 
 
 
İcmal.Az

RƏYLƏR