Braziliyada qaz zavodunda partlayış olub: 4 nəfər ölüb

OXUNUB: 570 DÜNYA
Braziliyanın şimalında qaz zavodunda partlayış baş verməsi nəticəsində dörd nəfər ölüb. İCMAL.az-ın məlumatına görə, bu barədə "G1" portalı bildirib. Məlumata əsasən, saat 10.00-da oksigen və asetilen istehsal edən bir fabrikdə partlayış baş verib. Bildirilir ki, balonların doldurulması ilə məşğul olan dörd nəfər həlak olub. Partlayış nəticəsində müəssisənin iki işçisi də xəsarət alıb, onlar yüngül xəsarətlərlə xəstəxanalara yerləşdiriliblər.

RƏYLƏR