Kennedinin kreslosu 50 min dollara satıldı

OXUNUB: 1012 DÜNYA

ABŞ prezidenti Con Kennedinin dünya liderləri ilə görüş zamanı əyləşdiyi kreslo 50 min dollara satılıb.

İcmal.Az xəbər verir ki, bununla bağlı AP məlumat yayıb.

ABŞ-ın 35-ci prezidentinin kreslosunun və digər əşyalarının hərracı Massaçusets ştatında Kennedinin Xayyanis kompleksinin yaxınlığındakı Keyp-Kod mərkəzində keçirilib.

Qeyd edilib ki, Kennedinin sazişləri imzalamaq üçün istifadə etdiyi 15 qələmi 60 min dollara satılıb.

İcmal.Az

RƏYLƏR