Mingəçevirdə "sağlam nəsil, sağlam gələcək" adı altında güc idman növləri festivalı keçirilib
Bu idman tədbirinin ilk günü sumo (yapon güləşi) və Mas wrestling idman növləri üzrə yarış keçirilib
Yarışda Mingəçevirlə yanaşı, bir çox rayon və şəhərlərdən, Naxçıvan M.R, Gəncə, Bərdə, Agcabədi, Lənkaran, Zaqalata, Ucar, Yevlax idmançıları iştirak edib.
Yarışı izləməyə gələnlər arasında idman mütəxəssisləri ilə yanaşı, Mingəçevir şəhər icra hakimiyyətinin başçısı cənab Niyazi Bayramov və Mingəçevir şəhəri Polis şöbəsinin rəisi cənab polkovnik Cavid Muradovda olub. Və idmançılara dəstək olub, hər kəsə sağlam həyat arzu ediblər.
Yarışın ikinci günü isə Ağırlıq qaldırmanın Powerlifting növü üzrə Mingəçevir şəhər açıq çempionatı keçirilib.
Yarışda Azərbaycan powerlifting Fedarasiyasının vitse-prezidenti, dəfələrlə dünya, Avropa çempionu, dünya rekordçusu Rüfət Ağayev də iştirak edib və idmançılara dəstək olub.
Yarışın sonunda isə Azərbaycan powerlifting Fedardiyasının bir neçə idmançısı Dünya Avropa çempionları Vüsal Mərdanov, Namiq Mehdiyev, Rövşən Xəlilov, Zərifə Hüseyinova, Respublika çempionları, Beynalxalq Yarışların Mükafatçıları Elxan Muxtarlı, Bəxtiyar Abdullayev, Murad Abdullayev Power Shou Tədbrində iştirak edərək idman sevərlər qarşısında Ağırlıqlar qaldıraraq yarışa bir başqa rəng qatıblar.
Tədbirin sonunda isə yarış qalibləri və Fəxri qonaqlara Yarışın Sponsoru Sibirski zdaroviya korporasiyasının Rəhbəri Alla Pavlova tərəfindən hədiyyələr verilib.
Sonda onu da qeyd edək ki, yarışı dünya , Avropa çempionu, dünya Rekordçusu Samir Məmmədovun Təşşəbüsü ilə Mingəçevir Gənclər idman idarəsinin Rəisi Kamal Nəcəfli Təşkil edib və gələcəkdə də belə yarışların olacağını qeyd ediblər.
İcmal.Az