Yeşim Hattat (50) gənc bir qadınla eşq yaşadığını iddia etdiyi 25 illik əri olan məşhur iş adamı Osman Hattatdan (58) boşanmaq üçün məhkəməyə müraciət edib.
Türkiyə Jokey Klubu (TJK) və "Qalatasaray"ın keçmiş rəhbəri Osman Hattatın boşanmaq üçün məhkəməyə üz tutan həyat yoldaşı ərindən aylıq 40 min TL aliment istəyir. Qadın 85-ci dəfə təşkil edilən veteranların qaçış turnirinin qalibi olan ərinin oradan 1 milyon TL mükafat aldığını qeyd edib.
Qeyd edək ki, boşanma məsəsləsi ilə gündəmə gələn Osman Hattat 25 yaşı olarkən, 1984-cü ildə Hülya Avşar ilə nişanlanmışdı. Ancaq Avşarın İbrahim Tatlıses ilə çəkildiyi "Mavi-Mavi" filmində müğənniylə öpüşmə səhnəsinə görə ayrılmışdılar./milli
İcmal.Az