Rusiyanın Yamal-Nenets Muxtar Dairəsində Dövlət Avtomobil Müfəttişliyinin əməkdaşı olan gənc sərxoş vəziyyətdə mərc edib.
Sosial şəbəkələrdə yayılmış videoçarxda sərxoş polis əməkdaşı 300 min rubla (təxminən 5 min dollar - red.) mərc gələrək iddia edir ki, maşını sərxoş halda sürsə də, onu saxlayan olmayacaq, çünki polis işçisidir və poqonları var.
"Sən də polis ol, eyni halla üzləşəcəksən", - polis əməkdaşı mərc gəldiyi şəxsə deyir.
Mənbənin bildirdiyinə görə, video ilə bağlı Yamal polisində araşdırma başlanıb, polis əməkdaşı vəzifələrinin icrasından uzaqlaşdırılıb./
7news.Az
İcmal.Az
Videonu izləmək üçün şəklə klikləyin: