Vaşinqtonda saxlanılan Rusiya vətəndaşı Mariya Butina casusluqda ittiham olunur.
İcmal.Az report-a istinadən bildirir ki, M.Butina amerikalı siyasətçilərlə görüşüb və ABŞ-da qərarların qəbul edilməsinə təsir etmək üçün Moskvanın ondan istifadə etdiyi ehtimal edilir.
Günahı sübuta yetirildiyi təqdirdə, Mariya Butina qeyd olunan ittiham üzrə 5 il həbs cəzasına məhkum edilə bilər.
İcmal.Az