Bakı Nəqliyyat Agentliyi Samir Şərifovun nəzarətindən çıxarılır — Paytaxtın nəqliyyat xaosuna son verə bilmədi

OXUNUB: 2063 Özəl HADİSƏ

Hazırda fəaliyyəti əhali tərəfindən ciddi narazılıqlarla qarşılanan Bakı Nəqliyyat Agentliyi (BNA) Maliyyə naziri Samir Şərifovun nəzarətindən çıxarılır. 


Məlumata görə, buna səbəb sözügedən Agentliyin paytaxtın nəqliyyat xaosuna son verməklə bağlı gözləntiləri doğrultmamasıdır. 


Bakı Nəqliyyat Agentliyi paytaxtda sərnişindaşınma ilə bağlı mövcud olan problemlərin aradan qaldırılması məqəsdilə yaradılsa da, ancaq indiyədək bu sektordakı vəziyyət daha da bərbadlaşıb. Hətta, bu sahədə artmaqda olan nöqsanlar Milli Məclisin plenar iclaslarında da ciddi müzakirələrə səbəb olub.

 

Related image


Bir sıra millət vəkilləri çıxışlarında Bakı Nəqliyyat Agentliyinin fəaliyyətindən narazılıqları dilə gətirirlər. Bütün bu səbəblərə görə də Bakı Nəqliyyat Agentliyinin fəaliyyətində olan nöqsanların birdəfəlik həlli məqsədilə "əl dəyişdirib".


Artıq Agentliyin fəaliyyətinə nəzarətin Maliyyə naziri Samir Şərifovun kurasiyasından alınaraq, başqa vəzifəli şəxsə həvalə olunduğu deyilir. /demokrat

 

Image result for Bakı Nəqliyyat Agentliyi

RƏYLƏR