Bakı-2017 IV İslam Həmrəyliyi Oyunlarında sərbəst güləş yarışları davam edir.
İcmal.Az Trend-ə istinadən xəbər verir ki, 86 kq çəki dərəcəsində çıxış edən təmsilçimiz Şərif Şərifov 1/8 finalda iraqlı Əl Muşatta ilə qarşılaşıb.
Daha yaxşı güləşən Ş.Şərifov növbəti mərhələyə yüksəlib.
Qeyd edək ki, Bakı-2017 İslam Həmrəyliyi Oyunları mayın 22-dək davam edəcək. Yarışlar Azərbaycan paytaxtının 16 idman obyektində 21 idman növü üzrə keçirilir.
İcmal.Az