Bakı-2017 IV İslam Həmrəyliyi Oyunlarında daha bir sərbəst güləşçimiz mərhələ adlayıb.
İcmal.Az Trend-ə istinadən xəbər verir ki, 61 kq çəki dərəcəsində çıxış edən idmançımız Hacı Əliyev 1/8 finalda Türkmənistan təmsilçisi Saparmurad Muradovla qarşılaşıb.
H.Əliyev rəqibini cəmi 2 dəqiqəyə - vaxtından əvvəl məğlub edib - 10:0.
Qeyd edək ki, Bakı-2017 İslam Həmrəyliyi Oyunları mayın 22-dək davam edəcək. Yarışlar Azərbaycan paytaxtının 16 idman obyektində 21 idman növü üzrə keçirilir.
İcmal.Az