Azərbaycanı "Bakı 2017" IV İslam Həmrəyliyi Oyunlarında təmsil edən qadın stolüstü tennisçilər yarımfinala yüksəliblər.
İcmal.Az-ın "Report"a istinadən məlumatına görə, Miao Vanq 1/4 finalda iranlı Maryam Samatı üstələyib - 4:0.
Jinq Ninq isə eyni hesabla fələstinli Diana Assini yenib.
Yarımfinalda Vanq Türkiyəni təmsil edən Melek Hu ilə, Ninq isə iranlı Neda Şahsuvari ilə qarşılaşacaq. Görüşlər mayın 19-da olacaq.
Nəticədən asılı olmayaraq, Azərbaycanın ən azı bir stolüstü tennisçisi medalı təmin edib.
Qeyd edək ki, kişilərin mübarizəsində də Azərbaycan təmsilçisi Xinhanq Yu 1/4 final görüşünə çıxacaq. Rəqib iranlı Nima Deronkolayi Alamiyan olacaq.
İcmal.Az