"IV İslam Həmrəyliyi Oyunlarının açılış mərasimi dünyanın 55 ölkəsində izlənilib".
İcmal.Az APA-ya istinadən xəbər verir ki, bunu "Bakı-2017" IV İslam Həmrəyliyi Oyunları Əməliyyat Komitəsinin əməliyyatlar üzrə baş direktoru Mayk Loynd İslamiada ilə bağlı keçirilən mətbuat konfransında deyib. O bildirib ki, İslamiadada ən böyük komanda Azərbaycana məxsusdur:
"Yarışlarda iştirak edən azərbaycanlı idmançıların sayı 400-dən çoxdur".