SDQ sözçüsü Aram Henna ABŞ-ın rəhbərlik etdiyi koalisiya ilə birgə əməliyyatların tamamilə dayandırıldığını bildirib.
7NEWS.az xəbər verir ki, Suriya Demokratik Qüvvələri (SDQ) Türkiyənin həyata keçirdiyi hava əməliyyatından sonra bölgədə ABŞ-ın rəhbərlik etdiyi koalisiya ilə birlikdə həyata keçirdikləri bütün əməliyyatları dayandırdıqlarını açıqlayıb.
SDQ sözçüsü Aram Henna Reuters agentliyinə deyib ki, onlar "koalisiya ilə bütün koordinasiya və birgə antiterror əməliyyatlarını dayandırıblar".
7NEWS.az