"Gənclər üçün Təhsil Mərkəzi" İB-nin "31 Mart Soyqırımını Tanı" "Twitter" aksiyası kütləviliyi ilə seçilib

OXUNUB: 407

"Gənclər üçün Təhsil Mərkəzi"nin həyata keçirdiyi 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü kütləvi internet aksiyası uğurla yekunlaşıb.

Mərkəzin baş katibiGülnar Xəlilovanın verdiyi məlumata görə, internet aksiya əsasən "Twitter” sosial şəbəkəsində keçirilmiş və martın 30-dan aprelin 1-dək olan dövrü əhatə etmişdir. Bütün təbliğat işi#31marchthebloodiestpageofourhistory,#Armenianterrorismvə#Armenianvandalism həştəqi ilə aparılıb.

Aksiyanın məqsədi Azərbaycan gəncliyi adından dünya ictimaiyyətinə, xüsusilə də ali təhsil ocaqlarına və beynəlxalq Soyqırım ilə bağlı həqiqətləri çatdırmaq olub.

Mərkəzin Bakı və digər regional ofislərində təşkil olunan aksiyada "Hashtagify", "Hashtracking",metrikslərinin göstəricilərinə görə ümumilikdə11500 "tweet”paylaşılıb . Bununla bərabər gənclər müəyyən edilmiş cədvələ uyğun, növbəli şəkildə soyqırım həqiqətlərinə həsr olunmuş məqalə, foto, bəyanat və digər materialları internet vasitəsilə dünyanın müxtəlif nöqtələrinə, ali təhsil ocaqlarına, beynəlxalq təşkilatların elektron ünvanlarına, populyar internet resurslarına, əcnəbi qəzet və jurnallara göndərmişlər.

Akiyada istifadə etmək üçün ingilis, rus, alman,fransız dillərində materiallar hazırlanmış və təbliğat zamanı onlardan istifadə olunmuşdur.

RƏYLƏR