30 yaşlı gənc qonşusunu qətlə yetirdi - GƏNCƏDƏ

OXUNUB: 423 Özəl HADİSƏ
Gəncə şəhər prokurorluğundan 7NEWS.az-a verilən məlumata görə Oktyabrın 6-ı saat 10 radələrində Gəncə şəhər sakini, 1979-cu il təvəllüdlü Anar Hüseynovun almış olduğu xəsarət nəticəsində ölməsi  barədə şəhər prokurorluğuna məlumat daxil olmuşdur.
Aparılmış araşdırmalarla müəyyən edilmişdir ki, zərərçəkmişin qonşusu 1993-cü il təvəllüdlü Ramil Musayevun oktyabrın 5-i axşam saatlarında şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı Anar Hüseynova kəsici-deşici alətlə xəsarət yetirmiş, sonuncu almış olduğu xəsarət nəticəsində qeyd edilən tarixdə ölmüşdür.
Faktla bağlı Gəncə şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanmışdır.
Ramil Musayev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilmişdir.
İş üzrə zəruri istintaq hərəkətləri davam etdirilir.

RƏYLƏR