“Avropa Siyasi Birliyi” bu gün dünyada mövcud olan ən uğurlu platformalardan biridir.” – Elşən Musayev

OXUNUB: 1195 Özəl index-manşet SİYASƏT
"Möhtərəm Prezidentin "Avropa Siyasi Birliyi” 2- ci Zirvə Toplantısında iştirakı və keçirdiyi görüşlər olduqca böyük əhəmiyyətə malikdir və  Azərbaycanın nüfuzunun daha da güclənməsinə xidmət edir” – 7NEWS.AZ xəbər verir ki, bu fikirləri Demokratik Maarifçilik Partiyasının sədri, Milli Məclisin deputatı Elşən Musayev söyləyib.

"Zatən bir çox beynəlxalq təşkilatlar, eyni zamanda ATƏT və Avropa Şurası son zamanlar böhran içindədir və belə bir məqamda alternativ dialoq platformalarına çox ciddi ehtiyac var.  Eyni zamanda görünən budur ki, "Avropa Siyasi Birliyi” həmin ehtiyacı ödəyən, boşluğu doldura bilən yeni platforma kimi yetərincə diqqət cəlb edir, güclənir və öz nüfuzunu günbəgün artırır.

Cənab Prezident öz görüşlərində çox maraqlı məqamlara toxundu və bütün dünyaya gərəkli mesajları verdi. Bütün bu gedişatlar, diplomatik uğurlarımız isə onun göstəricisidir ki, dövlətimiz dünya miqyasında öz mövqelərini kifayət qədər möhkəmləndirib və artıq bölgədə, regionda baş verən prosesləri diktə edən, yönləndirən gücə çevirilib.”– deyə Partiya sədri fikirlərinə davam edib.

RƏYLƏR