Bakıda toplaşan dünya və İlham Əliyevdən Qərbin "baykot siyasəti"nə "tərs şillə"

OXUNUB: 1789 Özəl index-manşet SİYASƏT
BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının Liderlər Sammitinin açılış mərasimində çıxış edən Prezident İlham Əliyev çox mühüm mesajlar verdi.

Qərbə bağlı təsisatların COP29-a qarşı baykot taktikasından istifadə etdiklərini vurğulayan Azərbaycan Prezidenti bu ali beynəlxalq tədbirin yüksək səviyyədə təşkil olunmasını onlara ən layiqli cavab adlandırdı.

Prezidentin çıxışından SİTAT:

Əfsuslar olsun ki, ikili standartlar, digər ölkələrə dərs vermək adəti və siyasi riyakarlıq bəzi Qərb ölkələrindəki bəzi siyasətçilər, dövlət nəzarətində olan QHT-lər və feyk-xəbər mediası üçün fəaliyyət metoduna çevrilib. 

Mənim sonuncu mesajım o dairələrədir ki, onlar demək olar, artıq bir ildir boykotu təşviq edirlər. Onlar əllərində olan bütün vasitələrdən istifadə edirlər ki, Bakıdakı COP29-a qarşı boykot kampaniyası həyata keçirilsin. 

Onlara pis xəbərim var: bizim 196 ölkədən 72 min qeydiyyata alınmış iştirakçımız var. Onların arasında 80 Prezident, Vitse-prezident və Baş nazir var. Beləliklə, dünya Bakıda toplaşıb və biz dünyaya deyirik ki, Azərbaycana xoş gəlmisiniz! - Sitatın sonu.

Azər Niftiyev

RƏYLƏR