“Şuşa Bəyannaməsi bizə yeni nəfəs verdi...” – DEPUTAT

OXUNUB: 1157 Özəl index-manşet SİYASƏT
"Bu gün iki böyük günün ildönümüdür. "Milli Qurtuluş” və "Şuşa Bəyannaməsi” günlərinin. Zatən onların fəlsəfəsi, işığı, mahiyyəti bir-biri ilə sıx bağlıdır. Çünki Qurtuluş olmasaydı nə Şuşa olacaqdı, nə də onun bəyannaməsi. Heydər Əliyev zamanında hakimiyyətə qayıtmasaydı, Azərbaycan xalqı Ulu Öndərə sahib çıxmasaydı nə bu günki Azərbaycan olacaqdı, nə də onun uğurları.” – 7NEWS.AZ xəbər verir ki, bu fikirləri Demokratik Maarifçilik Partiyasının sədri, Milli Məclisin deputatı Elşən Musayev bildirib.

"Şuşa Bəyannaməsi yaxın keçmişin ən böyük hadisələrindən biridir. Bu bəyannamə bizə yeni nəfəs verdi, özgüvən verdi. Şuşa bəyannaməsi bizə Şuşa da daxil bütün Qarabağın təhlükəsizliyinin yüz qat qarantını verdı. Şuşa bəyannaməsi bizə Zəngəzur dəhlizinin reallıq şansını verdi. Şuşa bəyannaməsi bizə təməlli sülhə daha da yaxınlaşmaq gücünü verdi.  

Şuşa bəyannaməsi Qurtuluşun məntiq uzlaşmasıdır. Şuşa Bəyannaməsi iki qardaş ölkə arasındakı münasibətlərin yeni və son dərəcə qürurverici mərhələsidir.

Müttəfiqliyimiz daimi və möhkəm olsun! – deyə Partiya sədri fikirlərinə davam edib.

RƏYLƏR