“İlham Əliyev Moskvada Paşinyanı olduqca mükəmməl arqumentlərlə susdurdu”– Elşən Musayev

OXUNUB: 1093 Özəl index-manşet SİYASƏT
 

"Ali Avrasiya İqtisadi Şurasının Moskvada keçirilən iclasında möhtərəm Prezident İlham Əliyevin mükəmməl, arqumentli çıxışı Paşinyanın bütün iddialarını alt-üst etdi. Eyni zamanda həmin çıxış Ermənistanın Baş Naziri üçün növbəti "dərs” oldu.” - 7NEWS.AZ xəbər verir ki, bu fikirləri Demokratik Maarifçilik Partiyasının sədri, Milli Məclisin deputatı Elşən Musayev söyləyib.

"Təbii ki, Paşinyan növbəti dəfə sərsəmləyirdi. Əsas da ərazi iddiaları ilə bağlı. Ona görə də cənab Prezident dərhal onun cavabını verdi və həm tədbir iştirakçılarını, həm də beynəlxalq aləmi əsl həqiqətlər və gerçəklər barədə məlumatlandırdı.

Prezidentimlə qürur duyuram. İlham Əliyev Azərbaycanın haqq səsini bütün dünyaya çatdıran, bu dövlətin, bu xalqın maraqlarını sözün gerçək anlamında qoruyan böyük Liderdir!” – deyə Partiya sədri fikirlərinə davam edib.

RƏYLƏR