Azərbaycanda 2 media qurumunda əməliyyat keçirildi - Saxlanılanlar var - YENİLƏNİB

OXUNUB: 413 Özəl HADİSƏ
Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən həyata keçirilən xüsusi əməliyyat tədbirləri nəticəsində saxlanılan şəxslərin adları da məlum olub.


Xüsusi əməliyyat tədbirləri nəticəsində Bakıda və respublikanın digər bölgələrində 7 nəfər – A.T.Kərimov, E.A.Rəhimov, İ.Ə.Ələkbərov, M.N.Cəfərov, H.H.Cabbarlı, F.S.Əbdülov və A.Ə.Cümşüdov şübhəli şəxs qismində tutulublar.
 
 
15.02
 
Bu gün Bakıda İranın casus şəbəkəsinə qarşı xüsusi əməliyyat keçirilib.

7News.Az xəbər verir ki, DİN tərəfindən SalamNew informasiya agentliyi və "İnteraz”da əməliyyat keçirilib.


Qeyd edək ki, informasiya vasitələri İranın siyasətinin təbliğatı ilə məşğul olub, daha çox İranın maraqlarından çıxış ediblər.

Əməliyyatla bağlı hələlik hər hansı rəsmi informasiya verilməyib.

RƏYLƏR