Hacıqabulda sürücü qəza törətdi, bir nəfər öldürdü, hadisə yerindən qaçdı

OXUNUB: 361 Özəl HADİSƏ
7NEWS.az xəbər verir ki, Hacıqabul rayonunun Meyniman kəndi ərazisində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsini törədən sürücü saxlanılıb.
Araşdırmalarla müəyyən edilib ki, dekabrın 3-də saat 22 radələrində rayon sakini, 1988-ci il təvəllüdlü Razi Ağayev idarə etdiyi "VAZ-2107” markalı avtomobillə 1980-cı il təvəllüdlü Bəxtiyar Rəsulovu vuraraq hadisə yerindən yayınıb. 

Polis əməkdaşlarının keçirdiyi tədbirlərlə R.Ağayev məsuliyyətə cəlb edilib.  

Araşdırmalar davam etdirilir.

RƏYLƏR