İş adamı Elşən Quliyev yenidən TAİB İdarə Heyətinin sədri vəzifəsinə seçilib

OXUNUB: 859 Özəl HADİSƏ
7NEWS.az xəbər verir ki, iş adamı Elşən Quliyev Türkiyədəki Azərbaycanlı İş İnsanları Birliyinin (TAİB) İdarə Heyətinin sədri vəzifəsinə yenidən seçilib.


8 noyabr 2023-cü il tarixində Türkiyədəki Azərbaycanlı İş İnsanları Birliyinin yeni təyin olunmuş İdarə Heyətinin iclası keçirilib. Sözügedən iclas, Birliyin 18 oktyabr 2023-cü ildə İstanbul Conrad Hilton Oteldə baş tutmuş, növbəti İdarə Heyəti və Təftiş Şuralarının əsas və əvəzedici üzvlərinin seçildiyi Ümumi Yığıncağından sonra keçirilən ilk İdarə Heyəti iclası olub.

2022-ci ilin mart ayında İdarə Heyətinin Sədri seçilmiş və o vaxtdan bəri bu vəzifədə fəaliyyət göstərən, "InvestAZ Yatırım Menkul Değerler A.Ş.”-nin İdarə Heyəti Sədri, iş adamı Elşən Quliyev iclasda iştirak edən İdarə Heyəti üzvlərinin mütləq əksəriyyətinin səs çoxluğu ilə yeniden 2 il müddətinə sədr seçilib.

İdarə Heyətinin Sədr Müavini vəzifəsinə isə "Zirvə İnvestisiya və Xarici Ticarət Şirkətinin” təsisçisi Nurlan Yusifov və "IG Ventures İdarəetmə və Konsultasiya Xidməti Şirkəti”nin İdarə Heyətinin sədri, hüquqşünas Ural Aküzüm seçilib.

İclasda həmçinin Üzvlərlə İş, Tədbirlərin Təşkili, Biznesin İnkişafı və QHT və İctimaiyyətlə Əlaqələr Komitələrinə üzvlər seçilib.

İclasın davamında İdarə Heyətinin sədri Elşən Quliyev ötən dövrdə inkişaf etdirilən iqtisadi-siyasi əlaqələr və üzvlərlə aparılan işin inkişafından bəhs edib, həmçinin rəqəmsallaşma və texnoloji infrastruktur sahəsində aparılmış işlərlə bağlı məlumat verərək bu işlərin gələcəkdə daha aktiv davam etdiriləcəyini bildirib. 

İdarə Heyəti üzvlərinin fikir və təklifləri dinlənildikdən sonra iclas başa çatıb.

RƏYLƏR