Mingəçevirdə kanalizasiya quyusundan meyit tapılıb - RƏSMİ AÇIQLAMA

OXUNUB: 304 Özəl HADİSƏ
Mingəçevir şəhərində kanalizasiya quyusundan meyit tapılıb.

7NEWS.az xəbər verir ki, meyitin şəhər sakini, 1985-ci il təvəllüdlü Ceyhun Əhmədova aid olduğu məlum olub.

Onun quyuya düşərkən qarın nahiyəsinə armatur batması nəticəsində öldüyü bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Baş prokurorluğun Mətbuat xidmətinə daxil olmuş sorğuya cavab olaraq bildirilir ki, iyunun 27-də Mingəçevir şəhər sakini 1985-ci il təvəllüdlü Ceyhun Əhmədovun quyuya yıxılaraq ölməsi faktı üzrə Mingəçevir şəhər prokurorluğunda araşdırma aparılır.

Hadisənin baş vermə səbəbi tam, hərtərəfli və obyektiv araşdırılmaqla nəticəsi barədə müvafiq qərarın qəbul edilməsi təmin olunacaq.

RƏYLƏR