Qobustan Rayon Mərkəzi Xəstəxanasında baş vermiş qanunsuzluqlarla bağlı cinayət işi başlanıb

OXUNUB: 323 Özəl HADİSƏ

Qobustan rayon prokurorluğundan 7NEWS.az-a verilən məlumata görə "Qobustan Rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi Şəxsində baş vermiş qanunsuzluqlarla bağlı cinayət işi başlanıb.

"Qobustan Rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi Şəxsin vəzifəli şəxslərinin qanunsuz əməlləri barədə vətəndaş müraciəti əsasında rayon prokurorluğunda araşdırma aparılıb.

Araşdırma zamanı Publik Hüquqi Şəxsin vəzifəli şəxsləri tərəfindən külli miqdarda dövlət əmlakının mənimsənilməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə və ya israf etmə) maddəsi ilə cinayət işi başlanıb.

Hazırda istintaq davam edir.

RƏYLƏR